“İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayı 25 minə çatıb


Digərləri 12 Fev 2019 12:00:00 210 0

“İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayı 25 minə çatıb

Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin DOSTu” proqramına son günlər daha 2 minədək şəxs cəlb edilib.

Bakı. Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin DOSTu” proqramına son günlər daha 2 minədək şəxs cəlb edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər “İşsizin DOSTu” proqramına cəlb edilirlər. Cari ilin əvvəlindən reallaşan proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub ki, onlardan artıq 25 min şəxs belə işlərlə təmin edilib.