"Run Group" 600dən çox insanın işlə təmin olunacağı zavodun inşasına başladı


Digərləri 12 Fev 2019 11:43:00 215 0

"Run Group" 600dən çox insanın işlə təmin olunacağı zavodun inşasına başladı

Göygöl rayonu ərazisində Buğda Nişastası Dərin Emalı Zavodunun inşası işlərinə başlanılıb. "Run Group"un sifarişi və "Run Const.&inv.comp" MMC-nin layihəsi əsasında həyata keçirilən inşaat işlərinin icraçısı Türkiyənin məşhur "Doğuş Holding" şirkətlər qrupuna daxil olan "Ayson Geotektnik ve Deniz İnşaat A.Ş" & "Es Group" JV şirkətidir. Bu məqsədlə "Run Group" MMC ilə adıçəkilən şirkət arasında müqavilə imzalanıb. 

Dünyanın qabaqcıl ölkələrindən gətirilərək ən müasir texnika və texnologiyaların tətbiq ediləcəyi Göygöl Buğda Nişastası Dərin Emalı Zavodunun inşası üçün ilkin hesablamalara görə, 120 milyon avro investisiya tələb olunur. Zavodun inşasına ümumilikdə 600 nəfərədək işçi qüvvəsi cəlb olunacaq.

Zavodun inşasının maliyyələşməsini Çin Milli İdxal-İxrac Korporasıyası (CNTIC) və "Run Group"un birgə təsis etdiyi  "CNTIC & Run Group" şirkəti həyata keçirir. 

Layihənin gerçəkləşməsinin bütün hüquqi məsələlərini İsrailin "Zahavi Pretty" hüquq şirkəti həll edir. "Zahavi Pretty" həmçinin "Run Group"un digər layihələrinin də hüquqi təminat işlərini həyata keçirir. 


Xəbərə aid fotolar