Ağsuda zəlzələdən ziyan çəkən evlərlə bağlı müraciətlərin sayı 603-ə çatdı


Digərləri 12 Fev 2019 11:44:00 168 0

Ağsuda zəlzələdən ziyan çəkən evlərlə bağlı müraciətlərin sayı 603-ə çatdı

Fevralın 5-i gecə saatlarında baş verən zəlzələ nəticəsində Ağsuda ev və obyektlərin ziyan çəkməsi ilə bağlı müraciətlər artmaqdadır.

Bakı. Samir Əli - Fevralın 5-i gecə saatlarında baş verən zəlzələ nəticəsində Ağsuda ev və obyektlərin ziyan çəkməsi ilə bağlı müraciətlər artmaqdadır. Bu barədə Trend-ə Ağsu Rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib. Məlumata görə, komissiyaya bu günədək 603 müraciət daxil olub. Daxil olan müraciətlərə əsasən 452 evə artıq baxış keçirilib.