Anarın ölümündən əvvəl yazdığı məktub üzə çıxdı "Fikirləşdim, bəlkə..."


Digərləri 12 Fev 2019 11:24:00 208 0

Anarın ölümündən əvvəl yazdığı məktub üzə çıxdı  "Fikirləşdim, bəlkə..."

ARB TV-nin "Show news" proqramının növbəti müsahibi mərhum reper Anar Nağılbazın həyat yoldaşı Anjelika olub.

Son.az xəbər verir ki, o, uşaqlarının ataları üçün darıxdığını bildirib. 

Anjelika Cəbiyeva eyni zamanda heç kəsin görmədiyi və oxumadığı bir məktub tapdığını da deyib. Orada yazılanlar isə görənləri heyrətləndirib.

Anjelikanın sözlərinə görə, o, günlərdir Anarı yuxusunda görür və çox narahatlıq keçirdiyindən onun əşyalarını məscidə vermək qərarına gəlib:

"Anarı yuxumda gördüm. Dedi, tərpənə bilmirəm. Üzü həm görünürdü, həm görünmürdü, qarışıq yuxu gördüm. Fikirləşdim, bəlkə paltarları qalıb ona görə ruhu narahatdır. Yaxşı olardı ki, ailəmiz dağılmayaydı. Özünə də demişdim ki, gün gələcək ailəmizi dağıdacaqlar, peşman olacaqsan. Anarın oğlunu ləkələmək istəyənlər bilsin ki, vaxt gələcək Anarın ətrafında fırlandıqları kimi Tamerlanın da ətrafına fırlanacaqlar. Qızım dedi ki, atamçün darıxmışam. Dedim gedərik qəbri üstə, dedi, daşı yox, atamı görmək istəyirəm. Bizdən uzaq olsa belə bilirdim ki, ataları var".


Xəbərə aid foto