Məşhur kurortda təyyarə dağa dəydi


Dünya 12 Fev 2019 11:20:00 196 0

Məşhur kurortda təyyarə dağa dəydi

Fransanın Alp dağlarındakı Kurşevel kurortunda qəza baş verib.

Son.az bildirir ki, şəhərciyin "Courchevel Altiport" şava limanına enən "Piper PA-46" markalı kiçik təyyarə uçuş-eniş zolağının sonundakı dağ yamacına çırpılıb. Pilot təyyarənin sürətini öhdəsindən gələ bilməyib.

6 nəfərin olduğu təyyarədə 23 yaşlı sərnişin qız ağır yaralanıb. 4 sərnişin yüngül travmalar alıblar.

"Courchevel Altiport" dünyanın ən qısa uçuş-enmə zolaqlarından birinə malikdir. Bu zolaq 18,5 dərəcə maililiyi olan 525 metr uzunluğunda asfaltdır.


Xəbərə aid fotolar