Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk yoxlama-məşqi keçirilib (FOTO)


Digərləri 12 Fev 2019 11:04:20 187 0

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk yoxlama-məşqi keçirilib (FOTO)

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk yoxlama-məşqi keçirilib.

Bakı. Fevralın 11-də Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk yoxlama-məşqi keçirilib. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yoxlama məşqi bütün yarış formatını əhatə edərək ilk olaraq açılış mərasimindən başlayıb. Daha sonra Azərbaycan təmsilçiləri ilə yanaşı, Polşa, Qazaxıstan və Gürcüstan komandalarının gimnastları öz proqramlarını təqdim ediblər. Bu turnirin Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması gimnastların həyəcan və məsuliyyətini ikiqat artırır. Elə ona görə də yarışa qədər tam formada olmaq məqsədilə artıq bir çox ölkələrin idmançıları arenadakı təlim-məşqlərinə start veriblər.