Azərbaycanda yeni TV yaradılır


Digərləri 12 Fev 2019 10:51:00 203 0

Azərbaycanda yeni TV yaradılır

"Əsil iş burdaymış, demək böyük bir diaspor hərəkatı başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsi belə bir televiziya yaratmaqla diaspor siyasətinin genişlənməsinə böyük töhfə verir".

Son.az xəbər verir ki, bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Ömər Kocaman Diaspor TV-nin studiyası ilə tanış olarkən deyib.

Türk Şurasına üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramının açılış toplantısında və Təmas Qrupunun 5-ci iclasında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Ömər Kocaman və digər qonaqlar tədbir çərçivəsində Diaspor TV-nin fəaliyyəti ilə yaxından tanış olublar.


Xəbərə aid fotolar