Səttar Möhbalıyev: "Özəl sektorda əməkhaqqının artırılmasına ciddi nəzarət ediləcək"


Digərləri 12 Fev 2019 10:47:00 187 0

Səttar Möhbalıyev: "Özəl sektorda əməkhaqqının artırılmasına ciddi nəzarət ediləcək"

Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişikliklər edərək minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Bu prosesə qeyd olunan elektron sistemi vasitəsilə ciddi nəzarət ediləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, martın 1-dən minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək: "Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olacaq".