Mədəniyyət işçiləri üçün nəzərdə tutulan kursların istiqaməti müəyyənləşib
Digərləri 12 Fev 2019 10:35:00 168 0
Aparılmış təhlillərin nəticələrini və ölkəmizdə reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji hədəfləri nəzərə alaraq Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən regionlarda təşkil olunacaq
Bakı.
Aparılmış təhlillərin nəticələrini və ölkəmizdə reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji hədəfləri nəzərə alaraq Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən regionlarda təşkil olunacaq və mədəniyyət işçilərinin tətbiqi biliklərinin təkmilləşdirilməsi, habelə, onların kreativ peşə səriştələrinin formalaşmasına xidmət edəcək kursların əsas istiqamətləri müəyyən olunub.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, təşkil olunacaq kursların mövzuları mədəniyyət işçilərinin bütün kateqoriyalarını əhatə edəcək. Kurslarda “Mədəniyyətdə marketinq”, “Tədbirlər siyasəti”, “Nitq mədəniyyəti”, “Müasir mədəniyyət işçisinin peşə fəlsəfəsi”, “Müasir mədəni menecment”, “Kreativ peşə səriştələri”, “Mədəniyyət siyasəti”, “Mədəniyyətdə PR strategiyası”, “Kreativ sənaye”, “Dövlət idarəetmə sistemi və qanunvericilik”, “Muzey işi”, “Klub işi”, “İncəsənət müəssisələrinin idarə olunması” və bu kimi mövzulardan danışılacaq.
Kursların təşkilində mədəniyyət sahəsində ilk dəfə olaraq sosial tərəfdaşlıq təcrübəsindən geniş istifadə edilməklə mədəniyyətin digər sahələr ilə səmərəli və işgüzar inteqrasiyası təmin olunacaq. Belə ki, kreativ və sənaye vərdişlərinin formalaşdırılması məqsədilədigər sahələrdə istifadə olunan metodların tətbiqi ilə yanaşı, fərqli sferalarda çalışan mütəxəssislərin də cəlb olunması nəzərdə tutulur.
Mənbə: az.trend.az