Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür


İdman 12 Fev 2019 09:41:00 212 0

Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsi start götürəcək.

Goal.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutacaq.

Hər iki matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Romada İtaliya paytaxtının eyniadlı təmsilçisi Porto-nu sınağa çəkəcək. A seriyasında Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan meydan sahibləri Portuqaliya çempionatının lideri ilə görüşdə daha şanslı hesab olunduğunu təsdiqləməlidir.

Günün digər oyunu Mançesterdə keçiriləcək. İngiltərə çempionatında yüksələn qrafik çıxan Manchester United PSG-ni qəbul edəcək. Cüzi də olsa enişdə olan qonaqlar avrokubokda bunu hiss etdirməməyə, ingiltərəlilər isə Ole Qunnar Sulşerlə avrokubokda uğur qazanmağa köklənib.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

12 fevral

00:00. Roma (İtaliya) – Porto (Portuqaliya)

Roma. Olimpiya stadionu. Baş hakim: Danni Makkelli (Hollandiya)

00:00. Manchester United (İngiltərə) – PSG (Fransa)

Mançester. Old Trafford stadionu. Daniele Orsato (İtaliya)