Yeni Dehlidə hoteldəki yanğında ölənlərin sayı 17-yə çatıb


Digərləri 12 Fev 2019 09:27:00 224 0

Yeni Dehlidə hoteldəki yanğında ölənlərin sayı 17-yə çatıb

Yeni Dehlidə hoteldəki yanğında ölənlərin sayı 17-yə çatıb.

Bakı. Hindistanın paytaxtı Yeni Dehlidəki "Arpit Palace" hotelində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Trend-in məlumatına görə, 34 nəfər xilas edilib, 3 nəfər isə xəsarət alıb. Yanğından xilas olmaq məqsədilə pəncərədən tullanan iki nəfər də ölüb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.