Apple onlara 24 saat vaxt verdi


Digərləri 12 Fev 2019 08:11:00 223 0

Apple onlara 24 saat vaxt verdi

Dünən xəbər vermişdik ki, iPhone üçün nəzərdə tutulmuş bir sıra məşhur tətbiqlər istifadəçilərin də xəbərləri olmadan iPhone ekranlarında baş verənlərin videosunu çəkirlər. Bu məlumat ortaya çıxandan sonra Apple şirkəti həmin tətbiqlərin tərtibatçılarına 24 saat vaxt verib ki, həmin tərtibatçılar öz tətbiqlərindən smartfon ekranında baş verənlərin videosunu çəkmək funksiyasını işə salan kod sətrlərini çıxartsınlar. Əks halda Apple şirkəti həmin tətbiqləri App Store-dan siləcək. Bu barədə Macdigger saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, şirkət Glassbox adlı analitika platformasından istifadə edən tətbiqlərin tərtibatçılarına xəbərdarlıq verib. Öz bəyanatında şirkət təmsilçisi bildirib ki, konfidensiallığın təhlükəsizliyi Apple ekosisteminin birinci növbəli tapşırığıdır. "İstifadəçilərin konfidensiallıqlarının qorunması Apple ekosisteminin ilkin və vacib tapşırığıdır. Bizim App Store-da tətbiqlərin yerləşdirilməsi üzrə fəaliyyət göstərən rəhbərliyimiz tələb edir ki, tətbiqlər istifadəçilərdən razılıq əldə etsinlər və ekran videosunun yazılması, istifadəçi aktivliyinin izlənməsi, məlumatların əldə edilməsi məsələlərinin tam vizual təsvirini istifadəçiyə təqdim etsin. Biz artıq tərtibatçıları xəbərdar etmişik ki, onlar bizim qanunlarımızı və konfidensiallıq siyasətini pozurlar. Lazım gəldikdə biz onlara qarşı tədbir görəcəyik" - deyə şirkət təmsilçisi qeyd edib.