Bərdə sakini 3 kqdan artıq narkotiklə tutuldu


Digərləri 12 Fev 2019 08:18:00 243 0

Bərdə sakini 3 kqdan artıq narkotiklə tutuldu

Bərdə rayon sakinindən 3 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Vəliyevdən çəkisi 1 kiloqramdan artıq heroin və 2 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.