“Bakı Çempionatı 2019” müsabiqəsi keçirilib (FOTO)


Digərləri 12 Fev 2019 02:13:18 236 0

“Bakı Çempionatı 2019” müsabiqəsi keçirilib (FOTO)

Mahnı teatrında ictimai və akademik rəqs növləri üzrə açıq statuslu rəsmi “Bakı Çempionatı 2019” müsabiqəsi keçirilib.

Bakı. Rəşid Behbudov adına Azərbaycan Dövlət mahnı teatrında ictimai və akademik rəqs növləri üzrə açıq statuslu rəsmi “Bakı Çempionatı 2019” müsabiqəsi keçirilib. Trend-in məlumatına görə, müsabiqə Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının, Jam Group-un təşkilatçılığı ilə reallaşıb. Yarışmada yerlər münsiflər heyəti tərəfindən təyin olunub. Yarışın keçirilməsində əsas məqsəd ictimai və akademik rəqs növlərində çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, habelə müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. Müsabiəyə ölkəmizin bölgələrindən qatılan iştirakçılar vardı. Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yeniyetmələr (16 yaşa kimi), böyüklər (16 yaş və yuxarı). Aşağıda yerlərin sahiblərinin siyahısı verilmişdir: Show Dance: Small Group – Baby – 1 Yer – Talant Dance Studio (Br. Günay Muradi) Formation – Baby – 1 Yer – Ayselin Dance Studio (Br. Aysel Hüseynova) Solo – Child – 1 Yer – Ayselin Dance Studio (Br. Aysel Hüseynova) Solo – Trio – Child – 1 Yer – Gələcək Nəsil (Br. Rusudan Kaviladze) Small Group – Child – 1 Yer – Smiles (Br. İradə Vəliyeva) Formation – Child – 1 Yer – Talant Dance Studio (Br. Günay Muradi) Solo – Yunior – 1 Yer – İncəsənət Gimnaziyası (Br. Həsənova Natella) Small Group – Yunior – 1 Yer –Smiles (Br. İradə Vəliyeva) Formation – Yunior – 1 Yer – The Legend (Br. Eqor Anisimov) Street Dance: Formation – Yunior –The Legend (Br. Eqor Anisimov) Hip-hop Show: Small Group – Yunior – 1 Yer – Jam SS (Br. Zülfiyyə Kazıyeva) Small Group – Ergin – 1 Yer – Alliance (Br. Cəlilov Xətai) Belly Dance: Solo – Adults – 1 Yer – Lena Sultanova Bollywood: Solo – Child – 1 Yer – Buta Rəqs Ansamblı (Br. Zaur Qasımov) Duet – Child – 1 Yer – Buta Rəqs Ansamblı (Br. Zaur Qasımov)