Ağstafada 4 ədəd təlim məqsədli aviabomba aşkarlanıb (FOTO)


Digərləri 12 Fev 2019 01:19:24 230 0

Ağstafada 4 ədəd təlim məqsədli aviabomba aşkarlanıb (FOTO)

Ağstafada 4 ədəd PŞ-50 aviabombası aşkar olunub.

Bakı. Ağstafada 4 ədəd PŞ-50 aviabombası aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, fevralın 11-də saat 11:34-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 12:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Ceyrançöl qış otlaq sahəsində mərminin tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.