Orqanizm nə üçün şəkər tələb edir?


Digərləri 11 Fev 2019 23:50:00 252 0

Orqanizm nə üçün şəkər tələb edir?

Yəqin ki,  şirniyyatdan imtina etməyin necə çətin olduğunu çoxları bilir. Bəs nə üçün orqanizm daimi olaraq şəkər tələb edir?

Son.az medicina.az-a istinadən bildirir ki, alimlərin fikrincə şəkərə olan tələbat instinktlə idarə olunur. 

Onların sözlərinə görə, insanın dad reseptorları təkamül prosesində o qədər inkişaf edib ki, bu hüceyrələrin həyat boyunca duz, yağ və şəkər kimi qidalara tələbatı artıb.    Şəkər bizə lazımdırmı? 

İnsan şəkər yediyi zaman qlükoza bağırsaq tərəfindən qana sovrularaq tez bir zamanda hüceyrələrə yayılır. Qlükoza beyində yerləşən 100 milyard sinir hüceyrəsinin işləməsi üçün vacibdir.   Bu hüceyrələr özləri qlükozanı toplamaq qabiliyyətinə malik olmadıqları üçün davamlı olaraq ona ehtiyac duyurlar. Diabet xəstələri qanda şəkərin miqdarının kəskin aşağı düşməsi zamanı komaya girə biləcəklərini yaxşı bilirlər.    Şəkərin dadı beynin işini aktivləşdirməyə qadirdir. Araşdırmalar sübut edib ki, hətta insan ağız boşluğunu şəkərli su ilə yaxaladıqda belə insanlar məntiqi məsələləri daha yaxşı həll ediblər. 

İnsanları anadangəlmə olaraq şəkər  sevən doğulurlar. Buna görə də uşaqların demək olar ki, hamısı şirin qidaları sevirlər.