Çində 3D printerlə körpü çap edilib


Digərləri 11 Fev 2019 23:51:00 268 0

Çində 3D printerlə körpü çap edilib

Çinin Şanxay şəhər parkında 26 metr uzunluğunda və 5 ton ağırlığında üçölçülü (3D) printerdə çap edilən ilk körpünün açılışı olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, kanal üzərindən qeyri-adi keçid 35 günə hazırlanıb. Körpü üçün istismar müddəti də nəzərdə tutulub: mütəxəssislərin sözlərinə görə, yeni arxitektura elementinin istismar müddəti 30 il təşkil edir.

Tikili robotlaşdırılmış ələ malik iki üçölçülü çap sistemindən istifadə edilməklə hazırlanan 176 beton blokdan ibarətdir. Layihə müəllifləri yaşı 1400 ildən çox olan Çinin ən qədim Antszi körpüsünün tağ formasını təkrarladıqlarından xüsusi qürur hissi duyurlar.