"Azərsu" Binəqədi rayonunda yeni layihələrin icrasına başlayıb


Digərləri 12 Fev 2019 00:17:09 260 0

"Azərsu" Binəqədi rayonunda yeni layihələrin icrasına başlayıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Bakı. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Trend-ə ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinindən verilən məlumata əsasən,Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Binəqədi rayonunda yeni layihələrin icrasına başlanılıb. Binəqədi rayonunda icra olunan layihələr bir neçə istiqamətdə həyata keçirilir. Hazırda Binəqədi qəsəbəsi Fəxrəddin Qurbanov və Xocasən qəsəbəsi Ruslan Allahverdiyev küçələrində, həmçinin ATS yolu adlanan ərazidə yeni içməli su şəbəkələri yaradılır. Qeyd edək ki, bu ərazilərdə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış şəbəkələr hesabına aparılır. Mövcud şəbəkələr su təchizatında çətinliklər yaradır. Belə ki, bu ərazilərdə tez-tez qəzalar baş verdiyindən və suyun təzyiqini artırmaq mümkün olmur. Nəticədə bəzi abonentlər normal qaydada su ala bilmir. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib.