Kriptoqraf Bryus Şnayer: Bitkoinin faydası yoxdur


Digərləri 11 Fev 2019 23:56:00 271 0

Kriptoqraf Bryus Şnayer: Bitkoinin faydası yoxdur

Kriptovalyutanın faydası yoxdur və ondan yalnız hökumətdən xəbərsiz pul köçürmələri məqsədilə cinayətkarlar istifadə edirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Harvard Universitetinin kriptoqrafiya üzrə müəllimi Bryus Şnayer söyləyib. Onun sözlərinə görə, bitkoin özünün əsas təyinatına uyğun deyil, ondan istifadə etmək isə mürəkkəb və təhlükəlidir.

Ekspert xatırladıb ki, rəqəmsal pullar etimada söykənməyən elektron tranzaksiyaları təmin etmək məqsədilə icad olunub. "Lakin blokçeyn özü bunsuz fəaliyyət göstərə bilməz: istifadəçilər maynerlərə etimad göstərməli, tranzaksiyaları təsdiq etdirməlidir, başqa yolla bütün bu sistem çökə bilər. Əgər sizin bitkoin-birjanıza müdaxilə olarsa, bütün pullarınızı itirəcəksiniz. Sizin oradakı "pul kisənizin" oğurlanması vəsaitlərinizin tamamilə itirilməsi ilə nəticələnəcək. Qeydiyyat məlumatlarınız itdiyində də pullarınızdan məhrum ola bilərsiniz", - deyə mütəxəssis vurğulayıb.