Rusiya yerətrafı orbitin radiasiya nəzarəti sistemini yaradıb


Dünya 11 Fev 2019 23:59:00 262 0

Rusiya yerətrafı orbitin radiasiya nəzarəti sistemini yaradıb

Rusiya mütəxəssisləri yerətrafı orbitin radiasiya nəzarəti sistemini yaradıb və bu təcrübəni Avropadakı həmkarları ilə bölüşməyə hazırdırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu bəyanatla Rusiyanın D.Skobeltsın adına Nüvə Fizikası Elmi-Tədqiqat İnstitutunun direktoru Mixail Panasyuk çıxış edib. Onun sözlərinə görə, bu nailiyyət radiasiya dozimetrlərinin müxtəlif orbitlərdə uçan kosmik aparatlarda yerləşdirilməsi sayəsində mümkün olub. "Məsələn, dozimetrlər aşağı orbitdə uçan "Meteor-M", orta orbitdə "Qlonassax" və geostasionar "Elektro-L" kosmik aparatlarında quraşdırılıb", -deyə o əlavə edib.