Günün qoroskopu: Yaxınlarınızla münasibətlərdə gərginlik yaratmayın


Digərləri 12 Fev 2019 00:01:00 50 0

Günün qoroskopu: Yaxınlarınızla münasibətlərdə gərginlik yaratmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - yaxşı ideyalarınız çoxdur, amma onların reallaşması üçün yetərincə səy göstərmirsiniz. Belə davam edərsə, fikirlərinizdən istedadı az, qətiyyəti və baş verənlərə praktiki baxmaq bacarığı çox olan insan yararlanacaq. Yaşlı qohumlarla ünsiyyətdə problemlər yarana bilər. İndiyədək sakit formada olan anlaşılmazlıqlar sərtləşə bilər.

Səfər və ya səyahətdən, nəqliyyat vasitəsi almaq ideyasından imtina edin. Kiçik maliyyə itkiləri ola bilər. Alacağınız pulların ödənilməsində gecikmələr var.

Buğa - təxəyyül və fantaziya sizi ağır səhvlərə yol verməyə sürükləyə bilər. Xəyallar aləminə dalmazdan əvvəl daha etibarlı və faydalı iş görməyə çalışın. Aldığınız məlumatları diqqətlə yoxlayın. Kiminsə sizi bilərəkdən yanıltmağa can atması istisna deyil. Peşəkar fəaliyyət müstəvisində ciddi məsələlərin həlli üçün əlverişli gün deyil. Situasiyanı aydınlaşdırmağa çalışanda daha da çaş-baş qalacaqsınız. Şəxsi münasibətlər müstəvisində vəziyyət fərqlidir. Çətinliklərin öhdəsindən gələcəksiniz.  

Əkizlər - emosional fon stabil deyil. Nikbinlik və ruh yüksəkliyini itirməyin. Kiçik məsələlərə görə qıcıqlanmayın. Bu günün ən mühüm məqamlarından biri puldur. Maliyyə perspektivləri dumanlıdır. Bunu anlayın və izafi xərclərə yol verməyin.

Məntiqli, soyuqqanlı davranın.

Hansı işi görəcəyinizi müəyyənləşdirin, sonra fəaliyyətə başlayın. Əvvəlcədən planlaşdırılmayan, yaxşı təşkil olunmayan səfərlərə yollanmayın. Dövlət qurumlarına baş çəkmək, məmurlarla ünsiyyət üçün yaxşı gün deyil.

Xərçəng - qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün qətiyyətli və əzmkar olun. İstənilən tanışlıqda fayda var. Bir zamanlar yardım etdiyiniz insanlarla təmaslardan indi yetərincə fayda əldə bilərsiniz. Anlaşmalar, alış-veriş üçün əlverişli zamandır.

Qəbul etdiyiniz qərarlar orijinaldır və ətrafınızdakı insanları təəccübləndirir. Narahat olmayın, uğur qazanacaqsınız. Axşam saatlarında açıq havada mümkün qədər çox vaxt keçirməyə çalışın. Bu, səhhətinizə və əhvalınıza müsbət təsir edəcək.

Sintetik materiallardan hazırlanmış paltar, bijuteriya almayın.

Şir - bütün diqqəti işə yönəldin. Peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli uğurlar əldə etmək, karyera pilləkənində yüksəlmək şanslarınız var. Müttəfiq və həmfikirləri asanlıqla tapacaqlar. Onların çoxu maddi məsələləri arxa plana ataraq ideyanı ön plana çəkirlər. Hüquqi məsələlərin həlli üçün əlverişli zamandır. Önəmli sənədləri imzalamaq olar.

Yaxınlarınızla münasibətlərdə süni çətinliklər və sədlər yaratmayın. Əhvalınız sürətlə dəyişəcək. Yaxın ətrafınızdakı insanlar bunun səbəblərini anlamırlar. Qəfil təkliflər alacaqsınız. Onların bəziləri ilə düşünmədən razılaşmaq olar.

Qız - sakit və rəvan gündür. Artıq mənasız hərəkətlər etməyin, maraqlarınızın təminatını ön plana çəkin.

Yaşam arealında rekonstruktiv prosedurların aparılması effektiv nəticələr verə bilər.

Bilik və bacarıqların artırılması, uzunmüddətli planlaşdırma, mürəkkəb intellektual fəaliyyət üçün əlverişli zaman deyil. Malik olduğunuz informasiyanı təhlil etməkdə çətinlik çəkəcəksiniz. Nəticələrinizin bəziləri yanlış ola bilər.

Günün ikinci yarısı problemləri yaşlı qohumlarla müzakirə etmək üçün yaxşı zamandır. Real yardım alacaqsınız.

Tərəzi - uğur vəd edən gündür. Böyük səy göstərmədən əla nəticələr əldə edə bilərsiniz. Aktiv olun, qətiyyət və əzmlə çalışın. Rəqibləri geridə qoymaq, bədxahları üstələmək üçün bütün imkanlardan, potensialınızdan faydalanın. Əvvəllər kəsdiyiniz münasibətləri bərpa etmək, ünsiyyətinizdə çətinliklərin yaşandığı insanlarla dil tapmaq şansınız var.

Maliyyə və əmlak məsələləri ilə bağlı mübahisələri aradan qaldırın. Kompromiss həll tapın. Ev üçün qeyri-adi əşyalar, o cümldən ekzotik interyer detalları ala bilərsiniz.

Rusiya yerətrafı orbitin radiasiya nəzarəti sistemini yaradıb like
  • 11 Fev 23:59  
Dünya Rusiya yerətrafı orbitin radiasiya nəzarəti sistemini yaradıb

Rusiya mütəxəssisləri yerətrafı orbitin radiasiya nəzarəti sistemini yar

arrow Ətraflı
İsrail tankalrı Suriyada xəstəxananı məhv edib like
  • 11 Fev 23:58  
Dünya İsrail tankalrı Suriyada xəstəxananı məhv edib

Suriyanın Kuneytra vilayətinin xəstəxanası İsrail tanklarının açdığı

arrow Ətraflı
Kriptoqraf Bryus Şnayer: Bitkoinin faydası yoxdur like
  • 11 Fev 23:56  
Digərləri Kriptoqraf Bryus Şnayer: Bitkoinin faydası yoxdur

Kriptovalyutanın faydası yoxdur və ondan yalnız hökumətdən xəbərsiz pul

arrow Ətraflı
İsrail tankları Suriyada xəstəxananı məhv edib like
  • 11 Fev 23:55  
Digərləri İsrail tankları Suriyada xəstəxananı məhv edib

Suriyanın Kuneytra vilayətinin xəstəxanası İsrail tanklarının açdığı

arrow Ətraflı
Orqanizm nə üçün şəkər tələb edir? like
  • 11 Fev 23:50  
Digərləri Orqanizm nə üçün şəkər tələb edir?

Yəqin ki,  şirniyyatdan imtina etməyin necə çətin olduğunu çoxları bil

arrow Ətraflı
Uşaqlar dişlərini səhər yuxudan oyanan kimi deyil, yeməkdən sonra yusunlar like
  • 11 Fev 23:49  
Digərləri Uşaqlar dişlərini səhər yuxudan oyanan kimi deyil, yeməkdən sonra yusunlar

Stomatoloji problemlərin əksəriyyəti kariyeslə başlayır. Dişlərdəki mi

arrow Ətraflı
Uçuq zamanı istifadə edilən təbii üsullar like
  • 11 Fev 23:48  
Digərləri Uçuq zamanı istifadə edilən təbii üsullar

Herpes kimi tanınan və bədəndə uçuqlara səbəb olan virus müalicə olund

arrow Ətraflı
Yaponiya Filippinin Mindanao adasına uzunmüddətli yardım vəd edib like
  • 11 Fev 23:47  
Dünya Yaponiya Filippinin Mindanao adasına uzunmüddətli yardım vəd edib

Yaponiya Filippinin Mindanao adasında sülh prosesini dəstəkləmək üçün u

arrow Ətraflı