Yüksək təzyiqi olan insan hara getməlidir? Səbəbi tapmaq üçün 5 həkimdən keçməlisiniz


Digərləri 11 Fev 2019 23:46:00 275 0

Yüksək təzyiqi olan insan hara getməlidir?  Səbəbi tapmaq üçün 5 həkimdən keçməlisiniz

Əgər bir insan təzyiqinin yüksəlməsindən şübhələnirsə, evdə ölçərək təzyiqin 130-dan yuxarı olduğunu aşkarlayırsa, vaxt itirmədən və özbaşına aptekdən təzyiqsalıcı almadan ilk növbədə həkimə müraciət etməlidir. Çox zaman xəstə hansı həkimə, hansı ünvana müraciət edəcəyini bilmir. 

Son.az medicina.az-a istinadən yüksək təzyiq diaqnostikası üçün üz tutulmalı həkimlərin siyahısını təqdim edir.

-Xəstə ilk növbədə yaşadığı ərazi üzrə poliklinika və ya xəstəxanada sahə terapevtinin yanına gedib, təzyiqini ölçdürməli, müəyyən analizlər verməlidir. Yalnız həkim müayinə ilə xəstənin təzyiqini ölçüb, dəqiq rəqəm əldə etməlidir.

Terapevt həmçinin:

-Ürək döyünmələrinin sayını ölçməli -Xəstənin anamnezi, yaşı, çəkisini. Yanaşı xəstəliklərini qeyd etməli -Sinir və endokrin sistemi ilkin müayinə etməli

-Hər hansı nahiyədə damar sıxılması və ya qan dövranı pozulması varsa baxmalıdır Diaqnozu ilkin olaraq terapevt təyin edə bilər, lakin müalicəni o yazmaya da bilər.

Çünki təzyiqin səbəbini dəqiqləşdirmək üçün terapevt digər ixtisaslı həkimlərə göndəriş etməlidir. Beləliklə, xəstə növbəti gedişatda bu həkimlərdən keçə bilər.

1.Kardioloq - təzyiq ilk növbədə ürək -damar sistemi xəstəliyi olduğu üçün bu orqanlar yoxlanır. Çünki təzyiq insult və infarkt verə bilər. Kardioloq EXQ, EKQ , eləcə də qan damarlarının vəziyyətini yoxlayan müayinələr və qan analizləri təyin edir. Əgər ürəkdə, damarlarda problem varsa, o zaman kardioloji müalicə yazılır.