Uşaqlar dişlərini səhər yuxudan oyanan kimi deyil, yeməkdən sonra yusunlar


Digərləri 11 Fev 2019 23:49:00 51 0

Uşaqlar dişlərini səhər yuxudan oyanan kimi deyil, yeməkdən sonra yusunlar

Stomatoloji problemlərin əksəriyyəti kariyeslə başlayır. Dişlərdəki mina qatı orqanizmdə ən sərt toxumadır. Buna baxmayaraq, xarici mühit amillərinin təsirinə daha çox məruz qalır. Dişlərə düzgün qulluq edilməzsə və orqanizm sağlam olmazsa, mina qatı zədələnə bilər.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, tibb elmləri namizədi Məhəmməd Davudov məlumat verib.

Şöbə müdiri deyib: "Ağız boşluğunun özünəməxsus pH-ı, yəni mühiti var. Əgər biz çox şirin və karbohidratlarla zəngin qida qəbul edəriksə, ağız boşluğundakı mühit turşuluğa doğru dəyişəcək. Ağız boşluğunda mikroorqanizmlər çoxdur, lakin normal mühit onların miqdarını tarazlıqda saxlayır. Balans pozulanda həmin mikroorqanizmlərin sayı arta və ağız boşluğunda zərərli təsirlərə yol aça bilər. Turş mühit mina qatını aşındırır və kariyes yaranır. Bununla yanaşı, dişlərdəki xroniki çatlar da mina qatına mənfi təsir edir. Nəticədə dişlərdə mineralların dağılması prosesi baş verir. Kariyesin fəsadları çoxdur. Belə ki, o, pulpit, periodentid, dişin itirilməsi, daha ağır fəsadlar - abseslər, fleqmonalar, çənə sümüyünün irinləməsi ilə nəticələnə bilər. Kariyes pulpaya çatanda kəskin ağrılar olur. Bəzən xəstələr ev şəraitində müxtəlif dərman preparatları ilə özlərini müalicə edirlər. O zaman artıq pulpa da nekrozlaşır. Bu zaman hissiyyat itir. Diş tam dağılsa da, sonradan ağrılar olmur. Plomblama zamanı pulpanı çıxaranda diş ölür. Çünki diş pulpa ilə qidalanır. Buna baxmayaraq, ağrı, diskomfort hissinin qarşısını almaq üçün bəzən pulpanın çıxarılmasına ehtiyac yaranır".

Mütəxəssis bildirib ki, orqanizmdə kalsium çatışmazlığı da stomatoloji problemlərə səbəb ola bilər.

Uçuq zamanı istifadə edilən təbii üsullar like
  • 11 Fev 23:48  
Digərləri Uçuq zamanı istifadə edilən təbii üsullar

Herpes kimi tanınan və bədəndə uçuqlara səbəb olan virus müalicə olund

arrow Ətraflı
Yaponiya Filippinin Mindanao adasına uzunmüddətli yardım vəd edib like
  • 11 Fev 23:47  
Dünya Yaponiya Filippinin Mindanao adasına uzunmüddətli yardım vəd edib

Yaponiya Filippinin Mindanao adasında sülh prosesini dəstəkləmək üçün u

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 11 Fev 23:42  
Digərləri Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 11 Fev 23:35  
Digərləri Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Füzulidə raket aşkarlanıb  FOTO like
  • 11 Fev 23:18  
Digərləri Füzulidə raket aşkarlanıb FOTO

Füzulidə 1 ədəd PQ-7VL raketi aşkar olunub.

arrow Ətraflı
İtkin düşən 18 yaşlı qız tapıldı like
  • 11 Fev 23:12  
Digərləri İtkin düşən 18 yaşlı qız tapıldı

Lənkəranda itkin düşən qız tapılıb.

arrow Ətraflı