Litseydə ŞOK OLAY: müəllim şagirdi vurdu, hər ikisi məktəbdən kənarlaşdırıldı VİDEO


Dünya 11 Fev 2019 23:30:00 243 0

Litseydə ŞOK OLAY: müəllim şagirdi vurdu, hər ikisi məktəbdən kənarlaşdırıldı  VİDEO

Cənubi Afrikada litseydə baş verən zorakılıq hadisəsi ölkənin gündəmini zəbt edib.

Son.az xəbər verir ki, sinifdə cib telefonu üstündə yaşanan insident zamanı müəllim qız şagirdə qarşı şiddət göstərib.

Hadisə Cənubi Afrikanın paytaxtı Keyptaunda yerləşən qızlar litseyində baş verib. Şagirdinin telefonla oynadığını görən qadın müəllim dərs vaxtı bunun qadağan olunduğunu deyərək tələbəsinə xəbərdalıq edib və telefonu qızın əlindən alaraq masasının üstünə qoyub. Bu zaman şagird müəlliminə nalayiq sözlər söyləyib. Bunu eşidən müəllim şagirdə sinifi tərk etməyi göstəriş verib. Yaranan münaqişə zamanı müəllim şagirdinə şillə vurub.

Bu hadisə sinifdəki başqa şagird tərəfindən telefonla çəkilib. Görüntülər sosial şəbəkədə yayılandan sonra nazirlik faktla bağlı araşdırmaya başlayıb.