Hollivud ulduzu "Cin" obrazında...


Digərləri 11 Fev 2019 23:21:00 281 0

Hollivud ulduzu "Cin" obrazında...

Hollivud aktyoru Uill Smitin iştiraki ilə Qay Riçinin "Ələddin" tammetrajlı filminin treyleri yayımlanıb. Filmin bu ilin yazında ekranlara çıxması planlaşdırılıb. Aktyor burada insan cildində deyil, göy rəngli "Cin" obrazındadır. Onun bu cür dəyişməsi internet məkanı istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, videoçarx fevralın 11-nə keçən gecə "Grammy-2019" musiqi mükafatının 61-ci təqdimat mərasimində nümayiş etdirilib.