"Netflix" şirkəti Aleksandriya OkasioKortes haqqında sənədli film üçün 10 milyon ödəyib


Digərləri 11 Fev 2019 23:15:00 274 0

"Netflix" şirkəti Aleksandriya OkasioKortes haqqında sənədli film üçün 10 milyon ödəyib

"Netflix şirkəti" 2018-ci ilin aralıq seçkilərində qalib gələrək ABŞ Konqresinə seçilmiş ən gənc qadın olan Aleksandriya Okasio-Kortes haqqında "Knock Down the House" adlı sənədli filmə müəlliflik hüquqları üçün 10 milyon dollar ödəyərək bütün rəqiblərini qabaqlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, filmdə Demokratlar partiyasının üzvləri olan 4 qadının - Missuri ştatından Kori Buş, Nevada ştatından Emi Vilela, Virciniyadan Paule Jan Suarengin və Nyu-York ştatından 29 yaşlı Aleksandriya Okasio-Kortesin seçkiqabağı kampaniyasından bəhs edilir.

Həmin seçkilərdə yalnız Aleksandriya Okasio-Kortes qalib gələrək ABŞ tarixində ən gənc konqresvumen olub. Amerika KİV-lərində verilən məlumata görə, bu məbləğ indiyə qədər kinofestivalda sənədli film üçün alınmış ən iri məbləğdir. Filmin rejissoru Reyçel Lirs bu lenti 2016-cı il prezident seçkilərində Trampın qələbəsindən sonra çəkməyə başlayıb və 120 filmi geridə qoyaraq "Sundance Festival Favorite Award" mükafatına layiq görülüb.