İmmuniteti möhkəmləndirən 3 ən yaxşı məhsul


Digərləri 11 Fev 2019 23:02:00 259 0

İmmuniteti möhkəmləndirən 3 ən yaxşı məhsul

Payız-qış fəsillərində soyuqdəymə xəstəliklərinin sayı kəskin artır. Bu xəstəliklərdən qorunmağın ən yaxşı üsulu immuniteti daim yüksək səviyyədə saxlamaqdır.

Mütəxəssislərin fikrinə görə, bu işdə bəzi qida məhsulları kömək edə bilər.

Son.az saglamolun.az-a istinadən 3 belə məhsulu təqdim edir:

1. Toyuq bulyonu

Kollaqen, minerallar və aminturşuları ilə zəngin olan toyuq bulyonunu "təbii antibiotik" adlandırırlar. Bulyon immun sistemini aktivləşdirərək virus və soyuqdəymə xəstəliklərinin riskini azaldır. Təbii ki, söhbət "kənd" toyuğundan bişirilmiş bulyondan gedir.

Bulyonun tərkibində olan "sistein" adlı amin turşusu nəfəs yolları xəstəlikləri zamanı çox yaxşı kömək edir - bəlğəmin çıxmasını asanlaşdırır, nəfəsalmanı yüngülləşdirir, sağalmanı tezləşdirir.