Professor: Qəbizlik çox böyük fəsadlar yaradır MÜSAHİBƏ


Digərləri 11 Fev 2019 22:53:00 252 0

Professor: Qəbizlik çox böyük fəsadlar yaradır  MÜSAHİBƏ

Müasir insanı narahat edən əsas xəstəliklərdən biri də mədə-bağırsaq problemləri ilə bağlıdır.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının 2-ci cərrahi xəstəliklər şöbəsinin müdiri Xaləddin Musayev deyir ki, onlara müraciət edən xəstələrin təxminən 80 faizinin əsas şikayəti məhz mədə-bağırsaq traktındakı ishal və ya qəbizliklə əlaqəli olur. Bu isə çox vaxt ağır xəstəliklərə, hətta xərçəngə də gətirib çıxarır.  

Professor X.Musayev bildirir ki, bəzən xəstələr müəyyən xəstəliklər ucbatından öd kisəsindən, mədəsindən əmliyyat keçirsə də, əsas patologiya qalır. Ona görə də xəstələrin əksəriyyəti tam sağalmır. Qəbzlik yaranır, həftədə bir dəfə defekasiya olanda isə orqanizmdə yığılıb qalan toksinlər intoksikasiyaya səbəb olur.

Son.az modern.az-a istinadən onunla söhbəti təqdim edir.

- Bu zəhərlənmə özünü necə göstərir?

- Bu zaman ürəkbulanma, zəiflik, qusma, halsızlıq müşahidə olunur. İntoksikasiya həm də bədəndə səpkilər yaradır. Bu zaman xəstələr dəri-zöhrəvi həkiminə, allerqoloqa gedirlər, amma müaicənin effekti olmur. Sonradan əsl səbəbin mədə-bağırsaq fonundakı pozulmalarla əlaqəli olduğu bəlli olur.

Bağırsağın uzanması, və ya bağırsaqda kron xəstəliyi, yoğun bağırsaqdakı kolitlər və s. defekasiyanın normal gedişini əngəlləyir. İkinci səbəb insanın psixi-emosional durumu ilə bağlıdır. Bu hala xüsusilə gənclər arasında rast gəlinir. Məsələn, qəbul imtahanlarına hazırlaşan gənclər gərgin olur, kurslara, repetitor yanına gedir və normal qidalanması pozulur. Bu da qəbzlik yaradır.

- Yeniyetmə və gənclərdə qəbzlik nə ilə təhlükəlidi?

- Elə uşaqlar var ki, 5-6 ildir bu rejimlə yaşayır. Deyir ki, dərsdən çıxıb dönər yeyirəm, üstündən də hazır şirələrdən içir və axşama qədər başqa heç nə qəbul etmir. Siz təsəvvür edin, evdə təmiz meyvələrdən çəkdiyimiz şirə bir neçə saat ərzində xarab olur. Mağazalardakı şirələr isə aylarla qalır. Bu şirələrin çox qalması üçün istifadə olunan maddələr orqanizm tərəfindən sovrulmur və birbaşa yoğun bağırsağa gəlib çatır.