Azərbaycanda hamam yanıb


Digərləri 11 Fev 2019 22:41:00 282 0

Azərbaycanda hamam yanıb

Qax rayonunda hamam kimi fəaliyyət göstərən tikili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Qum kəndində ümumi sahəsi 130 m² olan tikilinin buxar otağının lambirindən ibarət tavanı 25 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.