Plastik tullantılardan qurtulmağın yolu tapıldı VİDEO


Digərləri 11 Fev 2019 22:50:00 254 0

Plastik tullantılardan qurtulmağın yolu tapıldı  VİDEO

Yer planetinin ekoloji baxımdan əsas problemlərindən biri gündən-günə çoxalan plastik tullantılardır. Ekoloqların hesablamalarına görə, okean və zibilliklərdə hazırda beş milyard tona yaxın plastik tullantı var: onların çoxu heyvan və insanların məskənlərinə təhlükə yaradan toksik maddələr yayır.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Hi-News" məlumat yayıb.

Alimlər uzun müddətdir ki, bu problemin həlli üzərində "baş sındırır": kimi ekoloji təmiz alternativlər axtarır, bəziləri isə tullantıların yanacağa çevrilməsi üçün texnologiyalar ərsəyə gətirir. Perdyu Universitetinin kimyaçılarından ibarət qrup bu yaxınlarda yaratdıqları yeni texnologiya ilə bağlı məlumat veriblər.

Onların ixtira etdikləri proses plastik tullantıları benzin və ya dizelə bənzər yanacağa çevirməyə imkan verir. Bu konvertasiyada plastik oyuncaqlar, yanacağın alınmasında tibbi cihazlar, ərzaq qablaşdırma vasitələrinin tərkibində olan polipropilen əsas xammal sayılır. İdeyaya görə,  propilen polimerləri yandırılır, daha sonra qaz və maye şəkli arasında olan vəziyyətində suda həll edilir.