Cavan qalmaq üçün bunları edin Mütəxəssislər tövsiyə edir


Digərləri 11 Fev 2019 22:14:00 211 0

Cavan qalmaq üçün bunları edin  Mütəxəssislər tövsiyə edir

İnsanların qocalma sürəti genetikadan (20%) və həyat tərzindən asılıdır.

Həyat tərzində müəyyən dəyişikliklər etməklə orqanizmin qocalmasını ləngitmək mümkündür. Bu hansı dəyişikliklərdir?

- Fiziki aktiv olun!

Fiziki aktivlik orqanizmdə gedən metabolik proseləri, qan dövranını yaxşılaşdırır ki, bu da orqanizmin ümumi vəziyyətinə çox müsbət təsir edir. Sübüt olunub ki, hərəkətli insanlar daha gec qocalır.

- Pis vərdişlərdən imtina edin!

Siqaret və spirtli içkilər hüceyrə səviyyəsində təsir edərək orqanizmdə qocalma proseslərini sürətləndirir, bir çox xroniki xəstəliklərin riskini artırır.

- Şəkərin istehlakının azaldın!

Son.az saglamolun.az-a istinadən bildirir ki, İngiltərə və Almaniya genetiklərinin fikrinə görə, şəkər orqanizmi ən çox qocaldan maddədir. Şəkər dərini dartılmış və hamar edən kollagen liflərini zədələyir ki, dəri daha tez qocalır, üzərində qırışlar əmələ gəlir.