Yerdə həyat mənbəyinin sirri açıldı


Digərləri 11 Fev 2019 22:26:00 251 0

Yerdə həyat mənbəyinin sirri açıldı

Beynəlxalq tədqiqat qrupu 3,5 milyard il əvvəl Yerdəki mikrob həyatının "çiçəkləndiyini" müəyyən edib. Bundan əvvəl həmin dövrdə mikrob florasının məhv olma astanasında olduğu güman edilirdi.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Phys.org"da məlumat dərc olunub.

Ehtimallara görə, ilk canlı orqanizmlər Yer üzündə 3-4 milyard il əvvəl meydana gəlib. Alimlər təkhüceyrəlilərin yaranması üçün mövcud olmuş təbii şəraiti tədqiq etməyə çalışıb. Onlar belə bir nəticəyə gəlib ki, ilk orqanizmlər Yer planetinin formalaşmasından dərhal sonra peyda olublarsa, deməli, kainatda (Yer planetindən savayı) canlı varlıqların olması ehtimalı kifayət qədər yüksəkdir.