İndira Qandinin nəvəsi Priyanka siyasətdə ilk addımını atıb


Digərləri 11 Fev 2019 22:02:00 240 0

İndira Qandinin nəvəsi Priyanka siyasətdə ilk addımını atıb

Hindistanın əfsanəvi lideri İndira Qandinin nəvəsi, Raciv Qandinin qızı Priyanka Qandi Vadra siyasətdə ilk addımını atıb. O, may ayında keçiriləcək parlament seçkiləri çərçivəsində ölkənin Uttar Pradeş ştatında təşkil olunan izdihamlı mitinqdə çıxış edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Hindistanın ana müxalifət partiyası olan Konqres Partiyasının sədri Raul Qandi öz bacısı Priyankanı baş katib vəzifəsinə təyin edib. O, hazırkı Baş nazir Narendra Modinin tərəfdarlarının üstünlük təşkil etdiyi Uttar Pradeş ştatından parlamentə namizədliyini irəli sürəcək.

Hindistan mətbuatının yazdığına görə, sosial-iqtisadi vəziyyətin pisləşməsi fonunda indiki hökumətin əhali arasında reytinqi getdikcə aşağı düşür. Ekspertlər qeyd edirlər ki, 47 yaşlı Priyanka nənəsi İndira Qandinin xalqla sıx ünsiyyət saxlamaq taktikasından istifadə edərək qələbə qazana bilər. Lakin Konqres Partiyasının bir sıra tərəfdarları onun qardaşı Raul Qandinin Baş nazir olmasını istəyirlər. Onlar bildirirlər ki, Priyanka hökumətdə nazir vəzifəsini tuta bilər.