Səfir: "İran regionda qüdrətli dövlətə çevrilib"


Digərləri 11 Fev 2019 21:53:00 292 0

Səfir: "İran regionda qüdrətli dövlətə çevrilib"

Daha öncə İran İslam İnqilabının uğursuzluğunu proqnozlaşdıran qüvvələr bu gün İranın regionda və Yaxın Şərqdə mühüm dövlət olduğunu bildirir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran İslam İnqilabının 40 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı ölkənin Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfir bildirib: "Düz 40 il bundan əvvəl İran xalqı başda imam Homeyni olmaqla inqilab edib. İnqilabdan sonra İran regionda qüdrətli dövlətə çevrilib".