Brexit Avstriyaya ildə 250300 milyon avroya başa gələcək


Dünya 11 Fev 2019 21:38:00 209 0

Brexit Avstriyaya ildə 250300 milyon avroya başa gələcək

Nizamlanmış Brexit yaxın illərdə Avstriya büdcəsinə illik 250-300 milyon avroya başa gələcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Avstriya Ali Araşdırmalar İnstitutunun rəhbəri Martin Koxer Avstriya teleradiosuna müsahibəsində deyib. O, Böyük Britaniyanın Avropa İttifaqından razılaşdırılmış saziş olmadan çıxacağını gözləmədiyini bildirib. "Sərt" Brexitin bütün iştirakçılar üçün ən ağır ssenari olduğunu vurğulayan iqtisadçı martın sonunadək rəsmi Londonun bu istiqmətdə həlledici qərar verməli olduğunu söyləyib.