Rusiyalı kosmonavtlar 2031ci ildə Aya uçacaqlar


Dünya 11 Fev 2019 21:26:00 234 0

Rusiyalı kosmonavtlar 2031ci ildə Aya uçacaqlar

Rusiyanın ilk idarə olunan ekspedisiyası 2031-ci ildə Aya uçmalıdır, sonra isə belə uçuşları hər il təkrarlamaq planlaşdırılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ilk ekspedisiyanın heyəti "kosmonavtların Ayda fəaliyyəti üzrə əməliyyatlar" üzərində məşq etməlidir. 2032-ci ildə yerin təbii peykinə lunomobil (Ayda kosmonavtları daşımaq imkanı olan ağır aparat), həmçinin nəqliyyat vasitələrini yoxlayacaq ikinci ekspedisiya göndərilməlidir. Bir il sonra göndəriləcək üçüncü ekspedisiya isə lunomobil vasitəsi ilə uzaq məsafəyə səfərlər etməli və robot texnikası komplekslərini sınaqdan çıxarmalıdır.