Çindəki ən qədim "Quran" nüsxəsi sərgidə nümayiş olunur


Digərləri 11 Fev 2019 21:02:00 215 0

Çindəki ən qədim "Quran" nüsxəsi sərgidə nümayiş olunur

Çində oğuz boyundan olan salarların yaşadığı Çinxay vilayətində təşkil edilən ənənəvi dəvə festivalında dünyadakı ən qədim "Quran" nüsxələrindən biri nümayiş olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çindəki ən qədim "Quran" əlyazması olan həmin nüsxənin VIII və XIII əsrlər arasında yazıldığı güman edilir. Otuz hissədən, 867 səhifədən ibarət ipək üzlüklü müqəddəs kitab Salar Muxtar Dairəsindəki Ciecı məscidində saxlanılır. Kitab yalnız ildə bir neçə gün davam edən dəvə festivalında ictimaiyyətə nümayiş olunur.