Bazarlığa bu cihazla gedəcəyik


Digərləri 11 Fev 2019 20:44:00 238 0

Bazarlığa bu cihazla gedəcəyik

Fraunhofer Cəmiyyətinin mühəndisləri tərəfindən yaradılmış cib skaneri infraqırmızı şüalanmanın köməyi ilə anında məhsulların təzəliyini yoxlamağa imkan verəcək.

Son.az "ictnews"a istinadən xəbər verir ki, yeni texnologiya insanlara gündəlik məişət işlərində yaxından kömək edəcək.

Bazarlığa gedərkən, mətbəxdə yemək bişirərkən və s. hallarda yeni ixtiradan istifadə olunacaq. Yeni texnalogiyanın əsas üstünlüyü isə ondan ibarətdir ki, zibilə atılan qida məhsullarının həcmini azaltmağa imkan verəcək. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Assosiasiyasının məlumatına görə, dünyada istehsal olunan qida məhsullarının 33 %-i atılır. Bu, il ərzində təxminən 1,3 milyard ton deməkdir.

İnkişaf etmiş ölkələrdə, zibilə atılmış qida məhsullarının daşınması üzrə illik xərclərin həcmi 680 milyard dollar təşkil edir.