Axtarışda olan şəxs təcridxananın qarşısında saxlanılıb


Digərləri 11 Fev 2019 20:42:00 202 0

Axtarışda olan şəxs təcridxananın qarşısında saxlanılıb

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd bıçaq aşkar edilib.

Bakı. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Penitensiar xidmətdən Trend-ə verilən məlumata görə, xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyinin Baş Cinayət-axtarış İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində axtarış elan edilmiş Beyləqan rayon sakini Feyzullayev Elgün Nazimhikmət oğlu Bakı İstintaq təcridxanasının qarşısında saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd bıçaq aşkar edilib. E.N.Feyzullayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.