Vasiflə Xatirənin instaqram qalmaqalı


Şou-biznes 11 Fev 2019 20:34:00 306 0

Vasiflə Xatirənin instaqram qalmaqalı

Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Xatirə İslam arasında soyuq küləklər əsməyə başlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə "X maqazin" proqramında məlumat verilib.  Efirdə qonaq olan Məhərrəmli Xatirənin ad gününə qatılmadığını, bundan xəbərsiz olduğunu qeyd edib.  O, hər zaman sənətçinin yanında olduğunu desə də, instaqramda  həmkarının onu izləmədən çıxardığını söyləyib:

"Xatirəyə zəng vurub deyirəm ki, məni instaqramda izləmirsən. O da cavab verir ki, nə danışırsan, izləyirəm axı? Mən də "Aç, bax"- deyə cavab verirəm. Görürəm mənə "follow" atır.   Bir müddət keçir, yenə eyni şeyi təkrarlayır, məni çıxarır. İnstaqram dəhşətli bir şeydir. Daha sonra gördüm ki, Xatirə heç kəsi izləmir. Arada elə adamlar var ki, söz-söhbət gəzdirirlər".