Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb


Digərləri 11 Fev 2019 20:22:00 208 0

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.

Bakı. Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 9-10-da bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 1,2 kiloqrama yaxın heroin, 2 kiloqramdan artıq tiryək, 2,3 kiloqramdan çox marixuana götürülərək qanunsuz dövriyyədən çıxarılıb.