Avstraliyada ağ akula balıqçıya hücum edib


Dünya 11 Fev 2019 20:00:00 319 0

Avstraliyada ağ akula balıqçıya hücum edib

Avstraliyada ağ akula balıqçıya hücum edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, insident Qrut-Aylənd adası sahillərində axşam saatlarında baş verib. 25 yaşlı şəxs suyun altında balıq tutarkən akula ona hücum edərək, xəsarətlər yetirib. Onu vəhşi balığın əlindən yaxınlıqdakı şəxslər zorla alıblar.

Yaralı balıqçı suda çıxarıldıqdan sonra vertolyotla xəstəxanaya yerləşdirilib.