“Artıq geriyə yol yoxdur” Arif Quliyev ürək dağlayan həyatından DANIŞDI


Kriminal 11 Fev 2019 19:24:00 397 0

“Artıq geriyə yol yoxdur”  Arif Quliyev ürək dağlayan həyatından DANIŞDI

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı xalq artisti Arif Quliyev olub.

Son.az xəbər verir ki, xalq artisti acınacaqlı həyat hekayəsindən danışıb:

"Mənim özümə o qədər kömək edən olub ki... Yaxşı insanlar öz işıqlarında həmişə başqalarını da işıqlandırırlar. Bakıya gəldim, yerim, yurdum, yatmağa yerim yox idi. Vağzalda bir adama 40-50 qəpik verib orda qalırdım və oradan Mədəni Maarif Texnikomuna gəlirdim ki, qəbul olunum. 3 imtahan verdim, qəbul oldum. Ordan çıxanda məni yola salan zaman dedilər ki, Arif qiymət almasan bura gəlmə. Mən də gəldim oxudum ki, fizikadan kəsilmişəm. Saat 5-dən 9-a qədər o yazı cədvəlinin qabağında dayandım. Qurudum və fikirləşirdim ki, mən nə edəcəm? Əlibayramlıdan məni internat məktəbindən gətirdilər və ora qoyub çıxıb getdilər. Mən isə qəbul olunmağa gəlmişəm.


Xəbərə aid foto