"10 ildir əllərimi yumuram" məşhur teleaparıcıdan


Digərləri 11 Fev 2019 19:09:00 233 0

"10 ildir əllərimi yumuram"  məşhur teleaparıcıdan

"Mikrobları görürsünüz? Mən də görmürəm. Deməli, onlar yoxdur və mikroblarla bağlı deyilənlər düz deyil".

ABŞ-ın ən populyar teleaparıcılarından biri, Fox TV telekanalındakı "Fox & Friends" proqramının aparıcılarından olan Pet Brayan Heqset belə deyib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Əfqanıstan və İraqdakı müharibələrin veteranı, 38 yaşlı teleaparıcı mikrobların mövcudluğuna inanmadığını, bu səbəbdən də 10 ildən bəri əllərini yumadığını etiraf edib.

Dünən ABŞ-da Milli Pitsa Günü qeyd olunub. "Fox & Friends"un aparıcılarından olan Cedediya Bila bundan danışarkən deyib: "Günlərin birində Piter Heqset çəkiliş meydançasında köhnə pitsanı həvəslə yeyib. Bunu özüm gördüm. Həmin pitsa günlərlə çəkiliş meydançasında qalmışdı".


Xəbərə aid fotolar