Maşın alverçilərinin “probeq” fırıldağı


Digərləri 11 Fev 2019 18:54:00 229 0

Maşın alverçilərinin “probeq” fırıldağı

Avtomobillərin yürüşünün geri çəkilməsini necə müəyyən etmək olar?

Son.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı süjet hazırlanıb.

Hazırda 2000-ci ildən əvvəl istehsal olunan avtomobillərin satışında artım müşahidə olunur. Bəzi vətəndaşlar yaranmış əlverişli şəraitdən istifadə edərək uzun müddət istismar etdiyi avtomobilini baha qiymətə satmaq üçün müxtəlif üsullardan istifadə edir. Sözü gedən metodlardan ən çox yayılanı yürüşə müdaxilə edərək göstəricisini azaltmaqdır.

Sürücü: "Yürüşü arxaya çəkilibsə, bu, onun görkəmindən bəlli olur".

Sürücü: "Bu maşınımdan əvvəl bir maşın aldım, ustaya aparıb yürüşünü yoxlatdım. 200 min idi alanda, 400 min yürüşü olduğunu göstərdi. Aparıb qaytardım".

Satıcılar ustaların köməyi ilə avtomobilin odometrinə müdaxilə edərək istismar müddətində qət etdiyi məsafəni dəfələrlə azaldır. Bununla onlar alıcını avtomobilin az istifadə olunduğuna səliqəli saxlanıldığına inandırmağa çalışırlar. Çünki yürüşün böyük olması avtomobilin çox istifadə edildiyinə və gələcəkdə texniki problemlərin ortaya çıxacağına işarə hesab olunur.

Usta: "Son zamanlar belə tendensiya müşahidə edilir ki, istənilən adam maşın alır, müəyyən bir müddət sürdükdən sonra maşını satır. Bu zaman da daha yüksək məbləğə satmaq üçün avtomobilin yürüşünü geri çəkirlər".


Xəbərə aid fotolar