Prezident İlham Əliyev Goranboyda yol tikintisinə 21,3 milyon manat ayırıb


Siyasət 11 Fev 2019 18:32:00 232 0

Prezident İlham Əliyev Goranboyda yol tikintisinə 21,3 milyon manat ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də "Goranboy rayonunun Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, otuz iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.