“O zaman dostlarımdan üstün olduğumu gördüm”


Digərləri 11 Fev 2019 18:36:00 241 0

“O zaman dostlarımdan üstün olduğumu gördüm”

"Türkiyədə universitetdə təhsil almaq o zaman hər bir azərbaycanlı gəncin arzusu idi".

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Anadolu" agentliyinə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib.

Tələbəlik illərini və Türkiyədə aldığı təhsilin həyatına qatdığı töhfələrdən söz açan general mərhum prezident Heydər Əliyevin vasitəsilə Naxçıvan Muxtar Respublikası üçün ayrılan kvotadan yararlanaraq Türkiyədə təhsil almaq şansı əldə etdiyini söyləyib.

"Türkiyədə universitetdə oxumaq o zamanlar hər bir azərbaycanlı gəncin arzusu idi. Türkiyədə Sovetlər Birliyinin son illərdə pozulmuş təhsil sisteminin əksinə olaraq tam şəffav bir təhsil sistemi ilə qarşılaşmışdım.