Sabirabadda su qurğularını oğurlayan şəxslər tutulub


Digərləri 11 Fev 2019 18:29:50 205 0

Sabirabadda su qurğularını oğurlayan şəxslər tutulub

Sabirabadda su qurğularını oğurlayan şəxslər tutulub

Bakı. Sabirabadda su qurğularını oğurlayan şəxslər tutulub. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, fevralın 8-də Sabirabad rayon sakini Azad Soltanov Qaragüney PB-yə ərizə ilə müraciət edərək ona məxsus 1 ədəd su qurğusunun oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar Qaragüney Polis Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayonu Qarağac kənd sakinləri Vüqar Hacıyev və Amil Ələkbərov saxlanılıblar. Ətraflarında aparılan araşdırma zamanı onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib.