Magistraturaya sənəd qəbulu bu gün başa çatır


Digərləri 11 Fev 2019 18:17:00 258 0

Magistraturaya sənəd qəbulu bu gün başa çatır

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu günün sonunadək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

Qeyd edək ki, 11 fevral saat 17:55-ə olan məlumata əsasən, 12551 bakalavr ərizə doldurub və onlardan 12079 nəfəri öz ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş, eləcə də digər bakalavrlar saat 23:59-dək elektron ərizələrini təsdiq edə bilərlər. İmtahanda yalnız elektron ərizəsini təsdiq edən bakalavrlar iştirak edirlər.