"Maşın" şouda dalaşan Oqtayla Sərxan barışdı


Şou-biznes 11 Fev 2019 17:44:00 274 0

"Maşın" şouda dalaşan Oqtayla Sərxan barışdı

Meyxanaçı Oqtay Kamillə aparıcı-aktyor Sərxan Kərəmoğlu barışıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, tanınmışlar arasında qalmaqal "Maşın" şousunda yaşanmışdı. Oqtay onu oyundan uzaqlaşdıran Sərxanın ünvanına sərt sözlər demişdi.  "Hər şey daxil" verilişinə qonaq olan meyxanaçı Sərxanla bir müddət əvvəl telefonla danışdıqlarını bildirib.  Digər barışıq addımı isə Kərəmoğludan gəlib. O, proqrama video göndərərək aralarındakı buzları əritməyə çalışıb: "Dalaşan dalaşana can demir. Amma dərinə getməyim. Gərək olmayaydı, olan oyunda qaldı. Çəkişməsən bərkiməzsən... Ümid edirəm ki, hər şey yaxşı olacaq. Kinim yoxdur".